Bu gün 23 iyul tarixində dənizdə batan şəxsin meyiti tapılıb. Bu gün 23 iyul tarixində dənizdə batan şəxsin meyiti tapılıb.

Dənizdə batan şəxsin meyiti tapıldı

Bu gün 23 iyul tarixində dənizdə batan şəxsin meyiti tapılıb.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb. 25 iyul 2017-ci il tarixində 2000-ci il təvəllüdlü, İsmayılov İdris Rasim oğlunun cəsədi batdığı yerdən 8-10 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:50-də başa çatıb.