Mbappe zədə səbəbindən İspaniya Superkubokunu buraxacaq

"Real Madrid"in futbolçusu Kilian Mbappe diz bağından zədə aldığı üçün ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Aznews.az xəbər verir ki, bu barədə "L'Equipe" qəzeti məlumat yayıb.

Fransalı hücumçu yanvarın 7-dən 11-dək Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkubokunu buraxacaq.

Mbappenin 27 yaşı var. 3 iyun 2024-cü ildə hücumçu "Real Madrid" ilə pulsuz transferə imza atıb. O, 2018-2024-cü illərdə "PSJ-də" oynayıb və klubun bütün zamanların ən yaxşı bombardiridir.