Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir. Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.

Şəki Penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.

AzNews.az xəbər verir ki, Penitensiar xidmətin Baş idarəsinin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.

Cinayət Məcəlləsinin 182.2.1; 182.2.2; 182.2.3; 332.2.1; 332.2.2; 332.2.3; və 66.3-cü maddələrinə əsasən 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yusifbəyli Sahib Asif oğlu ilə qısamüddətli görüşə gəlmiş Yevlax rayon sakinləri, atası Cumayev Asif Yusif oğlu, anası Cumayeva Ceyran Abduləli qızı və bacısı Qurbanova Nailə Asif qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman, sovqatda olan siqaret qutularının içərisində gizlədilmiş 23.960 qram narkotik maddə - marixuana aşkar edilərək götürülmüşdür.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmişdir.