“İntiharların artması hamımızı cəmiyyət olaraq ciddi narahat etməlidir”. “İntiharların artması hamımızı cəmiyyət olaraq ciddi narahat etməlidir”.

Millət vəkili çağırış etdi: “Cəmiyyətdə sevgi hissləri zəifləyir”

“İntiharların artması hamımızı cəmiyyət olaraq ciddi narahat etməlidir”.

AzNews.az xəbər verir ki, bunu Millət vəkili Qənirə Paşayeva Göyçay rayonunda 20 yaşlı ananın intiharına münasibətində deyib. Onun sözlərinə görə, bu intihar hadisəsi araşdırılmalıdır:

“Çox ağır bir xəbərdir. Bu ciddi araşdırılmalıdır və dəhşətli tendensiyanın artmaması üçün birlikdə mübarizə aparmalıyıq. Sanki, cəmiyyətdə sevgi, həssaslıq, diqqət, anlamaq, paylaşmaq, yardımlaşmaq kimi duyğular zəifləyir”.

Qənirə Paşayeva qeyd edib ki, gənc bir ananın çıxış yolu kimi intihara əl atması çox üzücü və həm də çox düşündürücüdür.

Göyçay rayonunun Hacalıkənd kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Salmanova Fəridə Kərəm qızı yaşadığı evin zirzəmisində özünü asaraq həyatına son qoyub. Gənc qadının ailə üzvləri onun öz əcəli ilə öldüyünü bildirərək dəfn etməyə çalışsa da, sonradan onun intihar etdiyi məlum olub.

Bahar RÜSTƏMLİ

AzNews.az