- Köhnə - Cəmiyyət
- 12 Avqust 2017 17:43
- 3 863
Dənizdə çimərkən xilas edildilər
Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 16:40-da başa çatıb.