Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Azərbaycan Gürcüstana helikopter göndərdi

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

FHN-dən AzNews.az-a daxil olan məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxmış və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.