Polis rayondakı gərginliyin səbəbini izah etdi Polis rayondakı gərginliyin səbəbini izah etdi

İmişlidə nə baş verir? – Açıqlama - SON DƏQİQƏ

Polis rayondakı gərginliyin səbəbini izah etdi




İmişlidə etiraz aksiyaların keçirilməsi və icra başçısı Vilyam Hacıyevin artıq 2 gündür ki, rayonda olmaması barədə xəbərlər yayılıb. AzNews.az rayon icra hakimiyyətinin başçısı ilə əlaqə saxlayaraq, yayılan məlumatlara aydınlıq gətirməyə cəhd etsə də, V.Haciyevlə telefon əlaqəsi mümkün olmayıb. Köməkçisinin AzNews.az-a verdiyi məlumata görə isə, icra başçısı rayonu tərk etməyib və rayonda aparılan yenidənqurma işlərinin gedişi ilə maraqlanmaq üçün daha çox ərazilərdə olur.

Polis İdarəsindən isə rayonda gərginliyin olması barədə xəbəri təsdiqləyiblər. Ancaq bu gərginliyin rayonda əhalinin narazılığı, sahibkarların rayon rəhbərliyinə etirazı ilə heç bir əlaqəsi yoxdur. Rayonda ümumi bir gərginliyin olması, polislərin əvvəlki günlərə nisbətən daha çox görünməsi dünən baş verən ağır cinayətlə bağlıdır.

Qeyd edək ki, günən İmişlidə dəhşətli qətl hadisəsi törədilib.
Hadisə rayonun Cəfərli kəndində qeydə alınıb. İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mənsudi Orucov 66 BB 616 dövlət nömrə nişanlı, VAZ 2107 markalı şəxsi avtomobilində yandırılıb.

Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, maşında yandırılan şəxs heç də mətbuatda yazıldığı kimi taksi sürücüsü olmayıb. O, rayonda məclislərdə iştirak edən musiqiçi-nağaraçalan olub. Və bu hadisə hamını təşbişə salıb. İndi rayonda cinayəti törədən şəxs barədə müxtəlif nağıllar uydurulur.

Ölüm hadisəsini araşdırmaq üçün Bakıdan İmişliyə istintaq qrupu göndərilib.

Orxan
AzNews.az