- Köhnə - Cəmiyyət
- 18 Fevral 2013 11:51
- 2 013
Peykimiz orbitə sabah çatacaq
“Azerspace-1”-in günəş panelləri açılıb, reflektorları işə düşüb
"Azerspace-1" peykinin təyinatına uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyinə çatması 19 fevral tarixinə planlaşdırılır. "Azərkosmos" ASC-dən Lent.az-a verilən məlumata görə, fevralın 15-də peykin günəş panelləri açılıb və reflektorları işə düşüb.
Fevralın 19-dan sonra təqribən martın əvvəlinə kimi peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq "Azərkosmos" ASC-yə təhvil veriləcək. Peykin idarəsi "Azərkosmos" ASC-nin Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən "Azərkosmos" ASC-nin mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvanda yerləşir.
AzNews.az