İtaliyanın Azərbaycandakı səfirliyi İtaliya universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələrə müraciət edib. İtaliyanın Azərbaycandakı səfirliyi İtaliya universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələrə müraciət edib.

İtaliya universitetlərində təhsil almaq istəyən tələbələrin nəzərinə!

İtaliyanın Azərbaycandakı səfirliyi İtaliya universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələrə müraciət edib.

Trend-in məlumatına görə, səfirliyin saytında dərc olunan müraciətdə deyilir:

"İtaliya dövləti İtaliya universitetlərində azərbaycanlı tələbələrin ən çox təhsil aldığı Avropa İttifaqı ölkəsidir. 2016-cı ildə İtaliyada təhsil almaq üçün viza əldə edən azərbaycanlı tələbələrin sayı 252 olub. 2017-ci ildə isə tələbələrin sayı keçən ilkinə nisbətən ikiqat artıb".

Qeyd olunur ki, mədəniyyət sahəsində əməkdaşlıq İtaliya və Azərbaycan arasındakı əlaqələrin əsasını təşkil edən sahələrdən biridir: "İki ölkə arasındakı təbii dostluğa əsaslanaraq İtaliya azərbaycanlı tələbələrin Avropadakı əsas hədəfinə çevrilib: bu nəticəyə görə biz çox məmnunuq".

İtaliyanın Azərbaycandakı səfirliyi gələcəkdə istər dövlət, istərsə də özəl sahələrdə rəhbər vəzifələrdə çalışacaq gənclərin İtaliyada təhsil almaq seçimindən məmnuniyyət duyduğunu bildirir:

"İtaliyanın Azərbaycandakı səfirliyi İtaliya qanunvericiliyi əsasında bu istiqamətdə fəaliyyətinə davam etmək niyyətindədir: əsas məqsəd yüksək profilli fakültələrdə təhsil almaq məqsədilə hazırlıqlı azərbaycan gənclərini ən yaxşı İtaliya universitetlərinə göndərməkdir".

Diplomatik nümayəndəlik İtaliya universitetlərində təhsil almaq istəyən hər bir tələbəyə bildirmək istəyir ki, səfirlik vasitəsilə İtaliya universitetlərinə ilkin qəbul qeydiyyatı və İtaliya universitetləri tərəfindən əldə edilən ilkin qəbul məktubu tələbələrə avtomatik olaraq viza əldə etmək hüququ vermir:

"Səfirlik viza tələblərinə tam şəkildə cavab verən viza sorğularını peşəkarlıqla nəzərdən keçirir. Cavab gözləyən tələbələrlə növbəti günlər və ya həftələrdə əlaqə saxlanılacaq".

AzNews.az