Avqust ayı ərzində dövlət sərhədini pozduqlarına görə 47 nəfər saxlanılıb. Avqust ayı ərzində dövlət sərhədini pozduqlarına görə 47 nəfər saxlanılıb.

Dövlət sərhədini pozan 47 nəfər saxlanıldı

Avqust ayı ərzində dövlət sərhədini pozduqlarına görə 47 nəfər saxlanılıb.

Bu barədə AzNews.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Onların 26 nəfəri Azərbaycan, 8 nəfəri Özbəkistan, 5 nəfəri Rusiya, 3 nəfəri İran, 2 nəfəri Tacikistan, 2 nəfəri Bolqarıstan, 1 nəfəri Gürcüstan vətən­daşı ol­ub. Sərhəd rejim qaydalarını pozarkən 1343 halda 1702 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycan hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 496 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 2 kq 139,7 qram narkotik maddə aşkar edilərək götürül­üb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təq­ribən 231 min 509 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd naqan tapançası, 2 ədəd siqnal tapança, 3 ədəd mina TM, 29 170 ABŞ dolları, 20 750 Rusiya rublu, 35 000 ədəd zəli, 3 ədəd qayıq, 890 qutu pirotexniki vasitə, 22 270 qutu siqaret, 14 ədəd mobil telefon, 380 ədəd müxtəlif növ dərman prepa­ratları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.