Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 7 milyon manata yaxın ƏDV geri qaytarılıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 6 milyon 715,7 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

Aznews.az xəbər verir ki, Məlumata görə, Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilib.