Fermerlər Türkiyədə əldə edilən bu tərəvəz sortundan Azərbaycanda da yetişdirmək niyyətindədirlər. Fermerlər Türkiyədə əldə edilən bu tərəvəz sortundan Azərbaycanda da yetişdirmək niyyətindədirlər.

Azərbaycanda 15 kiloqramlıq kələm sortu yetişdiriləcək - Foto

Fermerlər Türkiyədə əldə edilən bu tərəvəz sortundan Azərbaycanda da yetişdirmək niyyətindədirlər.

AzNews.az xəbər verir ki, əsasən turşu üçün istifadə olunan bu kələm sortu qonşu Türkiyədə yetişdirilir. Ərzurum vilayətində yetişdirilən kələm azərbaycanlı mütəxəssislərin də diqqətini cəlb edib. İş adamları 15 kq çəkisi olan tərəvəzin toxumlarını qısa vaxt ərzində Azərbaycana gətirmək niyyətindədirlər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzNews.az-a açıqlamasında bildirib ki, bu tərəvəz sortu ilə bağlı quruma hər hansı bir müraciət daxil olmayıb: “Əgər bizə belə bir müraciət olunarsa, kələm sortu Azərbaycana gətirilib təcrübədən keçirilməlidir. Yəni, həmin sortun Azərbaycan torpağında yetişib-yetişməməsinə əmin olmalıyıq. Yalnız bundan sonra belə toxumların ölkəyə gətirilməsindən danışmaq olar”.

Bahar RÜSTƏMLİ

AzNews.az