"Qoşa Təpə" gömrük postunda heroin aşkarlanıb. "Qoşa Təpə" gömrük postunda heroin aşkarlanıb.

Daxili orqanında heroin aşkarlandı

"Qoşa Təpə" gömrük postunda heroin aşkarlanıb.

Dövlər Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. Vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığından onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında 1 ədəd bükümdə xalis çəkisi 9,150 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.