Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Gəncə şəhəri ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə operativ məlumat yayıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Gəncə şəhəri ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə operativ məlumat yayıb.

Gəncədə təcridxananın qarşısından 2 ədəd top mərmisi tapıldı - Foto

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Gəncə şəhəri ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə operativ məlumat yayıb.

AzNews.az ANAMA-ya istinadən xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Nizami rayonu ərazisində qazıntı aparılan zaman 2 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən Atatürk prospekti ilə Akademik Həsən Əliyev küçələrinin kəsişməsində yerləşən 2 saylı təcridxananın qarşısında ″Aqrar tikinti″ şirkəti tərəfindən qazıntı aparılan əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 2 ədəd 152 mm-lik top mərmisi götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

image description image description image description image description