Füzulidə top mərmisi tapılıb - Foto

Füzulidə top mərmisinin partlamış hissəsi aşkarlanıb.

AzNews.az ANAMA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonunun “Şpartı” adlanan ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 əkin sahəsinə baxış keçirilib, operativ əməliyyat axtarış tədbirləri nəticəsində top mərmisinin partlamış giliz hissəsi aşkar edilib, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisindəki metal toplama sahəsinə daşınıb.