Sabah Azərbaycan ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir Sabah Azərbaycan ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

Sabah hava necə olacaq?

Sabah Azərbaycan ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, fevralın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.
Mülayim şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 23-də hava şəraitinin qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

AzNews.az