- Köhnə - Cəmiyyət
- 28 Oktyabr 2017 10:34
- 5 480
Azərbaycanda diabet xəstələrinin sayı sürətlə artır - 8 ayda 250 min nəfər
2017-ci ilin son 8 ayında Azərbaycanda dörddə bir milyon diabet xəstəsi qeydiyyata alınıb
AzNews.az bakumedinfo.com-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin keçirdiyi brifinqdə həkim-endokrinolog Nərmin İsmayılova məlumat verib. O bildirib ki, hazırda ölkəmizdə diabet endokrinoloji sahədə ən vacib problemlərdən birinə çevrilib:"Statistik məlumatlara görə, son 8 ayda ölkəmizdə 242 min diabetik xəstə qeydə alınıb ki, onlardan 553 nəfəri uşaqdır. Bu keçən ilə nisbətlə yüzdə 12 artım deməkdir. Bakıda təxminən 73 min nəfər qeydiyyatdan keçib, onların 556 nəfəri uşaqdır. Bu rəqəmlər yalnız qeydiyyatdan keçmiş xəstələrin sayını əks etdirir. Təbii ki, Azərbaycanda qeydiyyatdan keçməmiş insanlar və xəstəlik haqqında bilməyənlər var ", - N.İsmayılova qeyd edib.