Füzulidə pambıq yığımı davam etdirilir - Foto

Bu il Füzuli rayonunda 2050 ha ərazidə pambıq əkilib.

AzNews.az xəbər verir ki, pambıq əknləri MKT İK MMC, Füzuli Kənd Təsərrüfatı MMC, CTS AQRO MMC ilə müqavilə bağlanılmaqla becərilib. Pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində tarlalarda bol məhsul yetişdirilib.

Hazırda rayonda pambıq yığımı davam edir. Bu günə kimi rayon ərazisində əkilmiş pambıq sahələrindən 1400 tona yaxın məhsul toplanaraq pambıq tadarükü məntəqələrinə təhvil verilmişdir. Orta məhsuldarlıq isə hələlik 23-25 sentnerdir Havaların əlverişli keçməsi isə pambıq sahələrindən məhsulun tez və itkisiz yığımasına şərait yaradır. Rayon ərazisində əkilmiş 2050 ha sahələrdən füzulili pambıq istehsalçıları tərəfindən 2500 tondan yuxarı məhsul yığılması gözlənilir. Buda keçən illə müqayisədə 6 dəfə çox məhsul deməkdir. Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir ki, bu işə də minlərlə rayon sakini cəlb edilir.

Rayonun pambıq istehsalçıları yığdıqları məhlulu MKT İK MMC-nin pambıq tədarükü məntəqəsinə, o cümlədən rayon ərazisində tikilən pambıq qəbulu məntəqəsinə təhvil verirlər.

image description image description image description