“İnterAz”ın yayımının dayandırılmasının səbəbi açıqlandı

“Azərkosmos” ASC “İnterAz” televiziya kanalının “Azerspace-1” peyki üzərindən yayımının dayandırılmasına münasibət bildirib.

AzNews.az apa-ya istinadən xəbər verir ki, “Azərkosmos” ASC-nin mətbuat xidmətindən bildirilib ki, “İnterAz” televiziya kanalı “Azərkosmos” ASC ilə imzalanmış müqavilə üzrə öhdəlikləri yerinə yetirməyib.

Buna görə də televiziya kanalının “Azerspace-1” peyki üzərindən yayımı dayandırılıb.

Qeyd edək ki, ötən həftədən etibarən telekanalın yayımı dayanıb. “İnterAz”-dan mətbuata bildirilib ki, telekanalın yayımında yaranan problem texniki nasazlıqla bağlıdır.

Xatırladaq ki, telekanalın baş ofisi Moskvada yerləşir. Telekanal Azərbaycan və rus dillərində verilişlər yayımlayır. “İnterAz” telekanalı “Azerspace-1” peyki vasitəsilə yayımlanır.