Nazirlər Kabineti gələn ilin Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar olaraq qeyri iş günlərinin vaxtını açıqlayıb. Nazirlər Kabineti gələn ilin Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar olaraq qeyri iş günlərinin vaxtını açıqlayıb.

Qeyri-iş günləri açıqlandı

Nazirlər Kabineti gələn ilin Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar olaraq qeyri iş günlərinin vaxtını açıqlayıb.

AzNews.az-ın məlumatına görə, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Sənədə əsasən, 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 15, 16 iyun Ramazan bayramı, 22, 23 avqust isə Qurban bayramıdır.

Martın 24-ü şənbə, 25-i bazar günü olduğu üçün Novruz bayramında ardıcıl 7 gün istirahət olacaq – martın 20-dən 26-na qədər.

Qanunvericiliyə uyğun olaraq, sadalanan günlər iş günü hesab edilmir.