Bakı-Qazax avtomobil yolunda qatı duman nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Bakı-Qazax avtomobil yolunda qatı duman nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Qatı duman avtomobillərin hərəkətində çətinliklər yaradıb - Foto

Bakı-Qazax avtomobil yolunda qatı duman nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq rayon ərazisində qatı duman müşahidə olunub.

Bu səbəbdən Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranıb. Bəzi avtomobillərin sürücüləri öz nəqliyyat vasitələrini təhlükəsizlik səbəbindən yol kənarında saxlayıblar.

Hazırda DYP əməkdaşları tərəfindən də dumanlı ərazidə sürücülərin təhlükəsiz hərəkət etmələri üçün lazımi işlər görülür.