Fövqəladə Hallar nazirliyi Bakıda tikilməkdə olan binanın bir hissəsinin uçması ilə bağlı məlumat yayıb. Fövqəladə Hallar nazirliyi Bakıda tikilməkdə olan binanın bir hissəsinin uçması ilə bağlı məlumat yayıb.

Nazirlik binanın uçması ilə bağlı açıqlama yaydı

Fövqəladə Hallar nazirliyi Bakıda tikilməkdə olan binanın bir hissəsinin uçması ilə bağlı məlumat yayıb.

AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata əsasən, şəhərinin Nərimanov rayonu ərazisində tikilməkdə olan 4 mərtəbəli binanın sonuncu mərtəbəsində betontökmə işləri zamanı uçqun baş verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, uçqun nəticəsində xəsarət alan olmayıb.​