- Köhnə - Cəmiyyət
- 10 Dekabr 2017 14:50
- 5 718
Formula 1 Azərbaycan Qran-Prisini izləməyə gələnlərin sayı 58 faiz artıb
Formula 1 rəhbərliyi ötən mövsüm Qran Prilərə gələn tamaşaçıların sayının 8 faiz artdığını bildirib.
AzNews.az xəbər verir ki, promouterlərin məlumatlarına görə, Azərbaycan Qran-Prisini izləməyə gələnlərin sayı 58% artıb.
Ən populyar Kanada və Avstriyanın Grand Prix -i olub. 2016-cı illə müqaisədə onlar 60000-dən çox tamaşaçı toplayıb.
5 ölkədə F1 yarışlarına marağın azalması qeydə alınıb: ABŞ-da yarışlara gələn tamaşaçıların sayı ötən mövsümlə müqayisədə 11889 nəfər azalıb . Faiz nisbətində ən çox azalma Yaponiyada olub - 5,84%.
Fəridə Abdullayeva
AzNews.az