Bu gündən Bakıda fəaliyyət göstərən 17 saylı xətt marşrutu "BakuBus" avtobusları ilə fəaliyyətə başlayıb. Bu gündən Bakıda fəaliyyət göstərən 17 saylı xətt marşrutu "BakuBus" avtobusları ilə fəaliyyətə başlayıb.

Bakıda yeni marşrut avtobusları işə düşdü

Bu gündən Bakıda fəaliyyət göstərən 17 saylı xətt marşrutu "BakuBus" avtobusları ilə fəaliyyətə başlayıb.

Bu barədə AzNews.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, artıq həmin avtobuslar 17 saylı marşrut üzrə xəttə çıxıb.

Xatırladaq ki, bir neçə gün öncə 17 saylı marşrutun daşıyıcısı dəyişdirilərək adıçəkilən marşrut "Baku Bus"MMC-yə verilmişdi.

17 nömrəli marşrut xəttinin istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilib.