Məhkəmə kollegiyasının hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə kollegiyasının hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Əli Həsənovun nəvəsinə hökm oxundu - Yenilənib

Məhkəmə kollegiyasının hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə N.Allahverdiyevin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsinə xitam verilib. Hakim bildirib ki, bu maddə üzrə verilən ittiham məhkəmədə prokurorluq tərəfindən sübuta yetirilməyib. Yəni, N.Allahverdiyev hadisə yerindən qaçmayıb.

***

11:13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan prosesə jurnalistlər buraxılmayıb.

İclasda N.Allahverdiyevə cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək ittihamdan "hadisə yerindən qaçma" maddəsinin çıxarılmasını istəyib və N.Allahverdiyevə 7 il azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.

Hazırda hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıb.

N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir.