- Rusiya və İran
- 13:13
- 996
HRANA: İrandakı etirazlarda ölənlərin sayı 2,5 min nəfəri ötüb
İrandakı etirazlar zamanı ən azı 2571 nəfər həlak olub.
Aznews.az xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən HRANA hüquq müdafiə təşkilatının məlumatında deyilir.
Ölənlərin 2403-ü etirazçılar, 147-si İran dövlət strukturları ilə əlaqəli şəxslər, 12-si yetkinlik yaşına çatmayan şəxslər, 9-u isə etirazlarda iştirak etməyən mülki vətəndaşlardır.
Daha əvvəl "The New York Times" öz mənbələrinə istinadən üç min nəfərin həlak olduğunu bildirmişdi.