- Türkiyə
- 14:10
- 1 317
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
İranda ölkə miqyasında rejim əleyhinə etirazlar şiddətlə davam edərkən, ölənlərin sayının 2 min 500 nəfəri ötdüyü bildirilir.
Türkiyə isə bölgədə yeni bir qeyri-sabitliyə yol aça biləcək yanaşmalardan uzaq durmağa çalışır.
Bu çərçivədə Xarici İşlər naziri Hakan Fidanın İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı apardığı, nazirlikdəki mənbələr tərəfindən təsdiqlənib.
Məlumata görə, Fidan və Əraqçi bundan əvvəl də dünən axşam saatlarında telefonla əlaqə saxlamışdı.
24 saatdan az müddətdə ikinci dəfə diplomatik təmas qurulması diqqət çəkib.
ABŞ-nin İrana yönəlik təhdidlərinin etirazlar fonunda davam etdiyi bir vaxtda, Fidanın Əraqçi ilə görüşündə mövcud regional gərginliyin azaldılması üçün danışıqlara ehtiyac olduğunu vurğuladığı bildirilib.
Mövsüm,
AzNews.az