Aİ tədricən Putinlə danışıqlara hazırlaşır

Avropalı siyasətçilər Rusiya prezidenti Vladimir Putinlə əlaqələrin yenidən qurulması imkanını nəzərdən keçirməyə başlayıblar.

Bu barədə “The European Conservative” (TEC) nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, “Avropanın Moskva ilə danışıqlara hazırlaşdığına dair əlamətlər ortaya çıxır. <…> Hazırda Avropa İttifaqında əvvəllər ağlasığmaz hesab edilən bir proses formalaşır.”

Qeyd olunur ki, bu cür dönüş Avropa İttifaqının Rusiyaya qarşı yönəlmiş və Qərbin gözlədiyi nəticələri verməyən əvvəlki konfrontasiya xəttindən ciddi şəkildə uzaqlaşma anlamına gələcək.

Mövsüm,

AzNews.az