Bakı metropoliteninin "Sahil" stansiyasının avqust ayının 21-də başlanmış yenidənqurulması işləri əvvəlcədən təsdiqlənmiş tədbirlər planına uyğun sürətlə davam etdirilir. Bakı metropoliteninin "Sahil" stansiyasının avqust ayının 21-də başlanmış yenidənqurulması işləri əvvəlcədən təsdiqlənmiş tədbirlər planına uyğun sürətlə davam etdirilir.

"Sahil" stansiyasından xəbər var

Bakı metropoliteninin "Sahil" stansiyasının avqust ayının 21-də başlanmış yenidənqurulması işləri əvvəlcədən təsdiqlənmiş tədbirlər planına uyğun sürətlə davam etdirilir.

"Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayevin AzNews.az-a verdiyi məlumata görə, yaxın günlərdə yeni tipli eskalatorların quraşdırılmasına başlanılacaq.

Onun sözlərinə görə, 50 il əvvəl istismara verilən Bakı metropoliteninin ilk 5 stansiyasından biri olan "Sahil"də indiyə qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb: "Bundan savayı, açıldığı gündən istifadə olunan "LT-3" tipli eskalatorlar istismar müddətini artıq başa vurub. Ümumiyyətlə, uzunmüddətli istismar şəraitində və ağır hidrogeoloji şəraitin təsirilə sıradan çıxmış, deformasiyaya uğramış, həm də köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və digər infrastrukturun təmir-bərpa və yenidənqurulması günün qaçılmaz tələbinə çevrilib. Stansiyanın vəziyyətini öyrənmək və təmir həcmini müəyyən etmək məqsədilə müvafiq komissiya yaradılaraq, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli qurumlarının, o cümlədən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun mütəxəssislərinin iştirakı ilə müvafiq qiymətləndirmə işləri aparılıb".

Eskalatorların dəyişdirilməsi, xüsusən dərin özüllü stansiyalarda onların əvəzlənməsinə xeyli vaxt tələb olunur. ""Sahil" stansiyasında təmirin ilk işləri sırasında eskalatorların maili gedişinin üzərindəki tunel geyiminin çətiri, qaynaq üsulu ilə olmaqla metal profilləri və korroziyaya uğramış bərkidici elementləri sökülüb, axıntılar ləğv edilib, tunel geyimi korroziyadan təmizlənməklə müasir korroziya əleyhinə boyaqla rənglənib və yeni örtüyün metal-konstruksiyası quraşdırılır. Stansiyanın yenidənqurma işlərinə məsul şəxslər təyin edilmiş - tikinti departamentinin rəis müavini Rauf İsmayılov və tunel qurğuları xidmətinin rəis müavini Natiq Mustafayev qeyd edirlər ki, köhnə tipli eskalatorlar söküldükdən sonra yeni avadanlığın quraşdırılacağı sahə müvafiq tələblərə uyğunlaşdırılıb".

Quraşdırmaya hazırlığın ən ağır işləri çərçivəsində köhnə avadanlığın irihəcmli dəmir-beton özülünün, eskalatoraltı pillələrin və digər konstruksiyaların sökülərək daşınması, maşın zalının yeni quraşdırılacaq avadanlıqlara uyğunlaşdırılması tədbirləri başa çatdırılıb: "Bu, heç də asan iş deyildi. Təsəvvür edin ki, təkcə köhnə avadanlığın maşın zalındakı beton təməlinin çəkisi 8 tondan artıqdır. Metro tikintisində istifadə olunan betonun da ən yüksək standartlara cavab verilməsini nəzərə alaraq, onun dağıdılması, daşınması xüsusi planlı iş tələb edirdi. Ən müasir üsullardan birini tətbiq etməklə, həmin təbəqə 8 hissəyə parçalanaraq çıxarılıb. Bundan savayı, texniki tələblərə uyğun olaraq, yeni eskalatorların quraşdırma səviyyəsi 30 sm aşağı endirilib", - deyən Rauf İsmayılov bildirir ki, həmin işlərə paralel qaydada eskalatorların maşın zalında ən məsuliyyətli və xüsusi diqqət tələb edən işlərdən biri uzunmüddətli istismar zamanı korroziyaya uğramış və dayanıqlığını itirmiş bir sıra konstruksiyalar möhkəmləndirilib. "Bakı Metropoliteni" QSC-nin nəzdində fəaliyyət göstərən "Bakımetrolayihə" institutunun layihəsi əsasında maili gediş boyunca eskalatorların yeni dayaqları quraşdırılır. Hazırda yeni eskalatorların yerləşdirilməsi məqsədilə irihəcmli metal konstruksiya işləri tamamlanmaq üzrədir.
Yeri gəlmişkən, yeniləşdirilən stansiyanın ilk diqqətçəkən böyük dəyişikliyi eskalatorlarla bağlı olacaq. Yalnız bir çıxışı olan, həm də sərnişinlərin sıx istifadə etdiyi bu stansiyada tətbiq edilən mühüm yenilik sökülmüş 3 eskalatorun əvəzinə "Viktoriya" tipli 4 yeni avadanlığın quraşdırılmasıdır. Lakin 4 eskalatorun quraşdırıldığı "28 May" stansiyası ilə müqayisədə, onların buradakı analoqları bir çox üstünlükləri ilə fərqlənəcək. Sərnişinlərin daima əyani müşahidə edəcəyi əsas yenilik hər bir avadanlığın eninin bir metr olmasıdır və bu, stansiyaya enib-qalxarkən, xüsusən gur saatlarda, sərnişin dövriyyəsini əvvəlkindən daha operativ və rahat qurmağa imkan verəcək.

Platformaaltı sahə tamamilə yenidən qurularaq, divarlarda da yararsız hala düşmüş hissələr sökülüb, yeni sütunlar qoyulub, daşıycı divar boyunca yeni rigellər düzülüb, dəmir-beton konstruksiyadan yeni karkas yığılıb və betonlanıb. Yerli və çirkab suvurma qurğularının yerləşdiyi sahələrdə əsaslı yeniləşmə işləri başa çatmaq üzrədir, kabel kollektorunda suvaq işlərinə başlanılıb.

Stansiya yollarında plaftorma döşəməsinin qranit üzlüyü ilə yanaşı, alt tavasının da dəyişdirilməsinə zərurət yarandığından, sökülərək büsbütün yenilənir.

Yenidənqurma işləri çərçivəsində tunel şaxtalarında da müvafiq tədbirlər görüləcək. 44 saylı əsas suvurma qurğuları sahəsində dəmir-metal konstruksiyalar çürüdüyündən aqressiv suların təsiri altında yararsız hala gəlmiş döşəmə tavası sökülərək, onun da yenidən qurulmasına başlanılıb. Bu işlər stansiya tunellərinin digər xidmət sahələrində də aparılacaq.

image description image description