Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadəyə hökm oxunub. Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadəyə hökm oxunub.

Hacı Qalibin oğluna hökm oxundu - 3 il həbs

Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadəyə hökm oxunub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, məhkəmənin hökmü ilə Ə.Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən iclasda dövlət ittihamçısı çıxış edərək Ə.Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilərək Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Ə.Salahzadə “Azərsu”nun əməkdaşına zor tətbiq etməkdə ittiham edilir.

AzNews.az