Daxili İşlər Naziri Ramil Usubov Yasamal Rayon Mühafizə İdarəsi rəisi Quliyev Şakir Əliağa oğlu tutduğu vəzifədən azad edib. Daxili İşlər Naziri Ramil Usubov Yasamal Rayon Mühafizə İdarəsi rəisi Quliyev Şakir Əliağa oğlu tutduğu vəzifədən azad edib.

Ramil Usubov rəisi işdən çıxardı

Daxili İşlər Naziri Ramil Usubov Yasamal Rayon Mühafizə İdarəsi rəisi Quliyev Şakir Əliağa oğlu tutduğu vəzifədən azad edib.

AzNews.az Unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun digər əmri ilə Quliyev Şakir Əliağa oğlu Nərimanov Rayon Mühafizə İdarəsi rəisi vəzifəsinə təyinat alıb.

Ramil Usubov Nərimanov Rayon Mühafizə İdarəsi keçmiş rəisi Məmmədov Hafiz Cəmil oğlunu isə təqaüdə göndərib.

Yasamal Rayon Mühafizə İdarəsi rəisi vəzifəsinə həlik təyinat yoxdur.

Xatırladaq ki, Şakir Quliyev prezident İlham Əliyevin sərəncamı ilə ictimai asayişin təmin olunmasında, hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə, "Vətən uğrunda” medalı ilə təltif edilib.