Bu gün səhər saatlarından itkin düşən alpinistlərin axtarışı yenidən başlayıb. Bu gün səhər saatlarından itkin düşən alpinistlərin axtarışı yenidən başlayıb.

İtkin düşən alpinistlərlə bağlı xəbər var - Yenilənib

Bu gün səhər saatlarından itkin düşən alpinistlərin axtarışı yenidən başlayıb.

AzNews.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya “Gilavar” klubunun rəhbəri Ziya Qasımov məlumat verib. O, bildirib ki, axtarışlar müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə yüksək səviyyədə davam etdirilir: “Müəyyən izlərə rast gəlinib. Gün ərzində məlumatlar dəqiqləşdiriləndən sonra ictimaiyyətə məlumat veriləcək”.

10:24

***

Fövqəladə Hallar Nazirliyi Quba rayonu ərazisində itkin düşən alpinistlərin axtarışları ilə bağlı məlumat yayıb.

AzNews.az xəbər verir ki, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.