"Mehriban" mahnı və rəqs kollektivi Milli Onkologiya Mərkəzində müalicə alan uşaqlar üçün bayram şənliyi təşkil edib. "Mehriban" mahnı və rəqs kollektivi Milli Onkologiya Mərkəzində müalicə alan uşaqlar üçün bayram şənliyi təşkil edib.

Milli Onkologiya Mərkəzində Yeni il tədbiri - Foto

"Mehriban" mahnı və rəqs kollektivi Milli Onkologiya Mərkəzində müalicə alan uşaqlar üçün bayram şənliyi təşkil edib.

AzNews.az xəbər verir ki, "Mehriban" mahnı və rəqs kollektivi Milli Onkologiya Mərkəzinin uşaq şöbəsində 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə xeyriyyə konserti təşkil edib.

Xəstə uşaqlara baş çəkən kollektivin azyaşlı üzvləri öz həmyaşıdlarını sevindiriblər. Şaxta Baba və Qar qız uşaqlara müxtəlif hədiyyələr təqdim edib, onlara şən rəqs nömrələri ilə əyləndirməyə çalışıblar.

Kollektivin bədii rəhbəri Səbinə Nəcəfova Mərkəzin direktoru Cəmil Əliyev və baş həkim Azad Kərimli başda olmaqla bütün həkim heyətini və müalicə alan 63 uşağı qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edib.

"Bizə sizinlə tanış olmaq çox xoş oldu. Hamınıza Allahdan şəfa diləyirik. Valideynlərinizə səbr versin. Xəstə uşaqların anaları qarşısında baş əyirik ki, bu uşaqları atmamısınız. Arzu edirik ki, növbəti bayramı öz evinizdə keçirəsiniz", - kollektivin bədii rəhbəri deyib.

Qeyd edək ki, "Mehriban" mahnı və rəqs kollektivi 2011-ci ildə yaradılıb. Fəaliyyət göstərdiyi illər ərzində kollektiv üzvləri müxtəlif televiziya verilişlərində, əyləncəli müsabiqələrdə, müxtəlif bölgələrdə keçirilən tədbirlərdə iştirak edib, Azərbaycanı Türkiyədə və Qazaxıstanda keçirilən uşaq bayramlarında yaxından tanıdıb.

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description