DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, dünən gecə saatlarında Şirvan ŞPŞ-nin Narkomaniya iləMübarizə Qrupunun əməkdaşları tərəfindən bir nəfər şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, dünən gecə saatlarında Şirvan ŞPŞ-nin Narkomaniya iləMübarizə Qrupunun əməkdaşları tərəfindən bir nəfər şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

Kapron corabdan masqa, kəlbətin çıxdı - Marixuana aşkarlandı

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, dünən gecə saatlarında Şirvan ŞPŞ-nin Narkomaniya iləMübarizə Qrupunun əməkdaşları tərəfindən bir nəfər şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

DİN-dən AzNews.az-a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin Naxçıvan MR-sı Şərur rayonu Yuxarı Yayçı kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 15 il azadlıqdan məhrum edilib, 50 yaşlı Arif Ağayev olduğu müəyyən edilib. Saxlanılan zaman həmin şəxsin əlindəki göy torbadan kapron corabdan hazırlanmış masqa, 2 ədəd rezin əlcək, bir ədəd kəlbətin, bir ədəd əl fənəri, bir ədəd bıçaq, elektroşok, üzərinə baxış zamanı isə bir ədəd kibrit qutusunda ümumi çəkisi 7,40 qram narkotik vasitə olan qurudulan marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı həmin şəxs dünən gecə saatlarında Bakı şəhərindən Şirvana oğurluq məqsədi ilə gəldiyini etiraf edib.

Bu şəxsi tanıyanlardan və ya əməllərindən zərər çəkənlər varsa, onların yerli hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.