- Köhnə - Cəmiyyət
- 29 Dekabr 2017 20:08
- 4 048
Sumqayıtda dələduzluqla vətəndaşların pulunu alan şəxs yaxalandı

Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Tofiq Zeynalovu aldadaraq dələduzluq yolu ilə 1750 manatını almaqda şübhəli bilinən şəhər sakini Şükür Hacıyev saxlanılıb.
AzNews.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən onun avqust ayında Məhəmməd Abbasovu da eyni üsulla aldadaraq 9200 manatını alması da müəyyən edilib.
Araşdırma aparılır.