TQDK-nın başladığı “dərslik savaşı” nazirliyi hərəkətə gətirdi TQDK-nın başladığı “dərslik savaşı” nazirliyi hərəkətə gətirdi

Təhsil Nazirliyində fövqəladə iclas

TQDK-nın başladığı “dərslik savaşı” nazirliyi hərəkətə gətirdi



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bəzi dərslikləri yararsız hesab etməsi barədə məlumat yayıldığı bir zamanda Təhsil Nazirliyində mövzu müzakirəyə çıxarılacaq. Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabovun AzNews.az-a verdiyi məlumata görə, bu gün nazirlikdə dərsliklərə həsr edilən iclas keçiriləcək.

Həmin iclasda Təhsil Nazirliyinin sifarişinə əsasən institut əməkdaşları tərəfindən dərsliklərlə bağlı aparılan araşdırmanın nəticələri təqdim ediləcək: "Biz demişik ki, dərsliklərdə problemlər var. Ancaq milli dərsliklərin yazılması yeni sahədir və problemlər də məhz bu səbəbdən ortaya çıxır. Bunlar aradan qaldırılması mümkün olan problemlərdir. Bizim institutun araşdırmaları nazirlikdə müzakirə ediləcək".

İnstitutu direktoru son zamanlar dərsliklərlə bağlı TQDK və TN arasında qarşılıqlı ittihamlara da münasibət bildirib: "Dərslikləri keçməyən adamlar şou yaradırlar".

Elnarə Əlosmanqızı
AzNews.az