Yaşar Cəfərli: “Bəzi QHT-lərə daim icazə verilir, bəzilərinə isə belə bir haqq tanınmır ki, bunun özü də şübhə yaradır” Yaşar Cəfərli: “Bəzi QHT-lərə daim icazə verilir, bəzilərinə isə belə bir haqq tanınmır ki, bunun özü də şübhə yaradır”

Səfər Əbiyevə sərt tənqid

Yaşar Cəfərli: “Bəzi QHT-lərə daim icazə verilir, bəzilərinə isə belə bir haqq tanınmır ki, bunun özü də şübhə yaradır”



"Artıq bununla neçənci dəfədir ki, qarşılıqlı inamsızlıq məsələsi ortaya çıxır. Yəni Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğunun verdiyi məlumat ictimaiyyət tərəfindən şübhə altına alınır. Sanki Müdafiə Nazirliyi bunda maraqlıdır. Çünki hər hansı bir şübhənin aradan qaldırılması üçün şərait yaradılmır".

Bunu AzNews.az-a hərbi ekspert Yaşar Cəfərli əsgər ölümləri ilə bağlı verilən məlumatların şübhə altına alınmasını şərh edərkən deyib. O qeyd edib ki, bu dəfə də nazirlik tərəfindən hər hansı bir şübhənin aradan qaldırılması üçün şərait yaradılmır:

"Ona görə də düşünürəm ki, bu dəfə də nazirlikdə kiminsə marağındadır ki, məlumat dəqiq olmasın. Onsuz da Müdafiə Nazirliyinin rəhbərliyi çoxdan cəmiyyətin etimadını, inamını itirib. Belə olan halda onların verdiyi məlumat təbii ki, cəmiyyət tərəfindən şübhə ilə qarşılanacaq".

Dəfələrlə şübhələrin aradan qaldırılması üçün nazirliyə müraciət etdiklərini deyən Y.Cəfərli hesab edir ki, hərbi hissələrdə araşdırmaların aparılmasına müsbət reaksiya verilməlidir:

"Biz dəfələrlə təklif etmişik ki, gəlin bunu aradan qaldıraq. Bunun aradan qaldırılmasında da ictimaiyyət nümayəndələri iştirak etməlidir. Bəzi QHT-lərə daim icazə verilir, bəzilərinə isə belə bir haqq tanınmır. Təbii ki, bunun özü də şübhə yaradır. Normal bir şərait yaradılmalıdır ki, belə etimadsızlıqlar da aradan qalxsın. Müdafiə Nazirliyinin mövqeyindən isə bunda maraqlı olduğu görünmür".


Gültəkin
AzNews.az