- Köhnə - Cəmiyyət
- 21 Yanvar 2018 18:15
- 3 046
Türkiyədə hərbçilər qar uçqununa düşdü

Türkiyə ordusunun 5 hərbçisi Bitlis şəhəri ərazisində PPK terrorçularına qarşı əməliyyat aparan zaman qar uçqununa düşərək həlak olub.
AzNews.az NTV-yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində daha 12 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı hərbçilər Hizan rayonu ərazisində yerləşən dövlət hospitalına yerləşdirilib.
Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatlarının aparıldığını bildirilir