25 dekabr 2017-ci il tarixində Bakı şəhəri 178-saylı orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant layihəsində qalib olmuş “İslam dininin inkişafı tarixi abidələrin dili ilə” layihəsinin açılış mərasimi baş tutub. 25 dekabr 2017-ci il tarixində Bakı şəhəri 178-saylı orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant layihəsində qalib olmuş “İslam dininin inkişafı tarixi abidələrin dili ilə” layihəsinin açılış mərasimi baş tutub.

“İslam dininin inkişafı tarixi abidələrin dili ilə” layihəsi təqdim edilib - Foto

25 dekabr 2017-ci il tarixində Bakı şəhəri 178-saylı orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant layihəsində qalib olmuş “İslam dininin inkişafı tarixi abidələrin dili ilə” layihəsinin açılış mərasimi baş tutub.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Fidan Yusifli bildirib ki, 2017-ci il Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “İslam həmrəyliyi ili” elan olunub: "Bu sərəncam ölkəmizdə gənclərin də üzərinə müəyyən vəzifələr və məsuliyyət qoyur. Biz İslam həmrəyliyinin məzmun və mahiyyətinin gənclərə çatdırılması üçün ciddi iş aparmalıyıq”.

F.Yusifli daha sonra qeyd edib ki, bu il 4-cü İslam Həmrəylik Oyunları da Azərbaycanda keçirilib. Bu da ölkəmizdə İslam həmrəyliyi ideyasına bir dəstək vermiş olur və bu ideyanın bitkin formada, mahiyyətində gizlətdiyi bütün dəyərləri olduğu kimi aşkarlanıb təbliğinə ehtiyac yaradır.

Tədbir iştirakçılarla interaktiv diskusiya formasında davam etdirilib.

image description image description image description