Gülər Əhmədovanın bayramını kim təbrik etdi?

Vaxtilə Milli Məclisin deputatı Gülər Əhmədovanın köməkçisi olmuş gənc yazar Əhməd Şahidov cəsur jestə imza atıb. O, Facebook səhifəsinki statuslarından birini Gülər Əhmədovaya həsr edib.

"Mən bu gün xüsusilə bir xanımı təbrik etmək istəyirəm. O insan mənim Milli Məclisdə iş yoldaşım, elmi fəaliyyətimdə həmkarım və nəhayət yaxın bir dostum olub. Gülər xanımla bir çox elmi konfranslarda iştirak etmişik, yol yoldaşı olmuşuq. Deyirlər, insanı yolda tanımaq olur. Mən Gülər xanımı tanıdım və qürur duydum onun kişi xasiyyəti ilə. Təbrikim zaman və məkan etibarilə bir qədər qəribə görünə bilər. Amma biz dostlarımızı heç zaman unutmuruq, unutdurmuruq! Kim olursa olsun, nə edirsə etsin, dostdursa, dost olaraq da qalacaq! Gülər xanım, Sizi təbrik edirəm, Sizə ilk növbədə can sağlığıı və möhkəm səbr arzulayıram! Möhkəm olun!", - Əhməd Şahidov yazıb.

AzNews.az