Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 117 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb. Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 117 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.

Ötən günün qəzaları

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 117 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 18 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.