Martın 2-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT Qadınlar Təşkilatının Gürcüstandakı nümayəndəsi Erika Kvapilova ilə görüşüb. Martın 2-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT Qadınlar Təşkilatının Gürcüstandakı nümayəndəsi Erika Kvapilova ilə görüşüb.

Qadın sahibkarlığının inkişafı məsələləri müzakirə olundu

Martın 2-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT Qadınlar Təşkilatının Gürcüstandakı nümayəndəsi Erika Kvapilova ilə görüşüb.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki,görüşün əsas mövzusu “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin gücləndirilməsi” layihəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi olub.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan BMT, Avropa Şurası və digər təşkilatlar ilə birgə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirir.

Görüşdə qadın sahibkarlığının inkişafı, qadın resurs mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, ikitərəfli əməkdaşlığın səviyyəsinin artırılması və digər mövzular ətrafında müzakirələr aparılıb.