"Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün yeni ehtiyat dərsliklərin hazırlanması istiqamətində işlər aparılır". "Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün yeni ehtiyat dərsliklərin hazırlanması istiqamətində işlər aparılır".

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanır

"Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün yeni ehtiyat dərsliklərin hazırlanması istiqamətində işlər aparılır".

AzVision.az xəbər verir ki, bu sözləri təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov PIRLS 2016 - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimatda çıxış edərkən deyib.

Nazir müavinin sözlərinə görə, beynəlxalq tədqiqatın nəticələri, orada ölçülən göstəricilər, ilkin konsepsiya hazırlanan zaman məzmun baxımından nəzər alınıb. "Hesab edirik ki, beynəxalq tədqiqatların meyarları yeni dərslik konsepsiyasında nəzərdə tutulacaq. Növbəti illərdə həmin dərsliklərin tətbiq olunması ilə bağlı daha müsbət nəticələr əldə edəcəyik".

C. Bayramov yeni ehtiyat dərslik modelində bir sıra yeniliklərin də olacağını vurğulayıb.

"Hər bir sinif üçün dərslik hazırlanan zaman müəllim üçün metodik vəsait də hazırlanır. Yeni ehtiyat dərslik modelində isə müəllimlərlə yanaşı, valideynlər üçün tövsiyə xarakterli metodik vəsaitin hazırlanmasını nəzərdə tutmuşuq. Valideynlərin uşaqları ilə hansı istiqamətdə məşğul olması, onlara yardım etməsi şagirdlərin təhsil səviyyəsində mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə artıq işlərə başlanılıb".

AzNews.az