Rusiya üçün önəmli gün

Bu gün Rusiyada prezident seçkilərində səsvermə başlayıb.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, səsvermə prosesi, ilk olaraq, Çukot muxtar dairəsindəki seçki məntəqələrində başlayıb. Səsvermə 8.00-dan 20.00-dək davam edəcək.

Ümumilikdə, ölkədə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdə fəaliyyət göstərir.