- Köhnə - Cəmiyyət
- 21 Mart 2018 16:08
- 3 093
Dneprdə Azərbaycanla bağlı park və Mədəniyyət mərkəzi açılacaq
Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevlə Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatov arasında görüş olub.
AzNews.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı Səfirliyinin yaydığı məlumata görə, görüşdə səfir qeyd edib ki, Azərbaycanın tanınmış şirkətləri Dnepr şəhərinin iri layihələrinə investisiya qoymağa hazırdır. A.Xudiyev bildirib ki, Azərbaycanın bölgə şəhərləri ilə Ukraynanın Dnepr şəhəri arasında iqtisadi, sosial layihələrin reallaşdırılması üçün birgə işlər həyata keçirilməlidir. Azərbaycanın qapıları Ukrayna sərmayəçilərinin üzünə açıqdır.
Dnepr şəhərində yaşayan azərbaycanlıların şəhərin ictimai, siyasi, iqtisadi layihələrində aktiv olduğunu deyən Boris Filatov deyib ki, Administrasiya rəhbərliyi Azərbaycan şirkətlərinə investisiya qoyuluşuna hər cür köməklik göstərməyə hazırdır.
“Bundan başqa Dneprin mərkəzində “Azərbaycan” parkının açılması və orada ölkəmizin tanınmış simalarından birinin heykəlinin ucaldılması, Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasına hər cür dəstək göstərə bilərik”, deyə mer əlavə edib.
Səfir irəli sürülən təkliflərə baxılacağını və layihələrin reallaşmasına köməklik göstəriləcəyini qeyd edib.