Novruz bayramı günlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 10 nəfər gətirilib. Novruz bayramı günlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 10 nəfər gətirilib.

Bayram günlərində zəhərlənənlərin sayı...

Novruz bayramı günlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 10 nəfər gətirilib.

Bunu “Report”a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, martın 20-dən bu günədək şöbəyə 6 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib: “Onların 4-ü qadın, 2-si kişidir. Heç bir ölüm faktı olmayıb. Bundan başqa, 1 nəfər dərmandan, 3 nəfər isə spirtli içkidən zəhərlənmə ilə bağlı şöbəyə gətirilib”.

A.Maqsudov əlavə edib ki, müraciət edənlərdən şöbədə qalan yoxdur: “Onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar”.

AzNews.az