Apreldə güclü maqnit qasırğası olacaq

Astronomlar bu ilin aprel ayının ortalarında Yer planetində güclü geomaqnit həyəcanlaşmanın olacağını proqnozlaşdırır.

AzNews.az Trend-ə istinadən bildirir ki, aprelin 11-də və 13 və 19 aprel tarixləri arasında geomaqnit həyəcanlaşma, 12 apreldə isə güclü geomaqnit qasırğasının olacağı barədə alimlər proqnoz verib.

Alimlərin qənaətinə görə, geomaqnit qasırğası daha çox xroniki xəstəliklərdən əziyyət çəkən insanlara təsir edəcək.