- Köhnə - Cəmiyyət
- 27 Mart 2018 09:31
- 3 536
Ötən günün qəzaları - 3 nəfər ölüb
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 80 cinayət faktı qeydə alınıb, onların da 15-i "isti izlər"lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.