- Köhnə - Cəmiyyət
- 27 Mart 2018 10:45
- 10 352
İntihara cəhd edən 16 yaşlı oğlanla bağlı xəstəxanadan açıqlama - “Atası görüb...”
Şamaxı rayon Mərkəzi Xəstəxanası intihara cəhd edən 16 yaşlı oğlanın səhhəti ilə bağlı açıqlama verib.
Xəstəxanadan verilən məlumata görə, 2002-ci il təvəllüdlü Ayaz İbrahimovun vəziyyəti orta ağırdır:
“Onu atası görüb, tez xəstəxanaya gətirib. Boğazında kəndir izləri vardı. Həkimlər müayinə ediblər, hazırda reanimasiya şöbəsindədir”.
Qeyd edək ki, Şamaxı rayon sakini Ayaz İbrahimov özünü asaraq intihara cəhd edib.
Bahar RÜSTƏMLİ
AzNews.az