Balakən rayonunda 5 gün əvvəl itkin düşmüş 70 yaşlı kişinin meyiti tapılıb. Balakən rayonunda 5 gün əvvəl itkin düşmüş 70 yaşlı kişinin meyiti tapılıb.

5 gün əvvəl itkin düşən kişinin meyiti tapıldı

Balakən rayonunda 5 gün əvvəl itkin düşmüş 70 yaşlı kişinin meyiti tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Püştətala kənd sakini, 1948-ci il təvəllüdlü Məhəmməd Səəddin oğlu Osmanov bu il martın 23-də, səhər saat 10 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun meyiti bu gün səhər saatlarında yaşadığı evdən bir qədər aralıdakı bağda ağacdan asılmış vəziyyədə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az